🌐 Keçmişin izi, gələcəyin sözü
29 Avqust 2026, saat 00:04   •   🌡️ Bakı

Qənirə Paşayevanın qardaşı yüksək vəzifəyə təyin edildi

Odlar.media xəbər verir ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə yeni sədr müavini təyin olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Hüseyn Ələsgər oğlu Paşayev gətirilib.
Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır. O, yeni təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü il sentyabrın 23-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyətinin kritik olması səbəbilə həm yerli, həm də Türkiyədən dəvət olunmuş həkim mütəxəssislər tərəfindən zəruri tibbi tədbirlər həyata keçirilib.
Qənirə Paşayeva sentyabrın 28-də 48 yaşında vəfat edib. O, sentyabrın 29-da İkinci Fəxri xiyabanda dəfn olunub.

Odlar.media