🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 20:46   •   🌡️ Bakı

Şəfiqə Məmmədova AKİ sədrliyinə vahid namizəd seçildi

Odlar.media xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib.
İclasda İttifaqın cari fəaliyyəti, təşkilati məsələlər, üzvlük məsələləri və qarşıda keçiriləcək Konfransa hazırlıq prosesi müzakirə olunub.
Qəbul edilən qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətləri müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilib.
Həmçinin qərara alınıb ki, AKİ-nin növbəti Konfransı 11 sentyabr tarixində keçirilsin.
İclasda İttifaqın üzvlük siyahısının təqdim edilmiş siyahı əsasında dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.
Bundan başqa, İdarə Heyətinin üzvü və İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb. İdarə Heyəti ərizələri qəbul edib.
İclasın digər mühüm qərarı isə Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiqlənməsi olub.
İdarə Heyətinin qəbul etdiyi qərarların İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıdığı bildirilib.

Odlar.media