Odlar.media xəbər verir ki, bu gün saat 18:40 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qadın sərnişin qatar yoluna düşüb.
Hadisə ilə əlaqədar dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün zəruri tədbirlər görülüb.
Qatar yolundan çıxarılan sərnişin polis əməkdaşlarına təhvil verilib. Hadisənin səbəbləri ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar hərəkətini davam etdirib. Hadisə səbəbindən qatarların hərəkət intervalında 9 dəqiqəlik gecikmə yaranıb.
Odlar.media
