🌐 Keçmişin izi, gələcəyin sözü
28 Avqust 2026, saat 05:42   •   🌡️ Bakı

Tramp okeanlardan birinin adının dəyişdirilməsini nəzərdən keçirir

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi variantını nəzərdən keçirdiyini bildirib.
Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, son dövrlərdə ABŞ-da bəzi coğrafi adların dəyişdirildiyini xatırladaraq, okeanlardan birinin də yeni adla təqdim olunmasının mümkün olduğunu deyib.
“Bizim Amerika körfəzimiz və Amerika gölümüz var. İndi bizə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişməli ola bilərik. Bəlkə də bunu edəcəyik”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirmişdi. Həmçinin avqustun 27-də Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə qərar verdiyini açıqlayıb.

Odlar.media