Odlar.media xəbər verir ki, Ontario gölü öz adını qoruyacaq. Bunu Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın gölün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı qərarını şərh edərkən bildirib.
Karni “X” hesabında qeyd edib ki, Ontario adının tarixi 400 ildən çox əvvələ gedib çıxır və bu ad həm Kanada Konfederasiyasının yaranmasından, həm də ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən əvvəl mövcud olub.
Kanada Baş naziri ABŞ-da son dövrlərdə baş verən dəyişikliklərə də diqqət çəkib.
“ABŞ dəyişir. Onların ticarət əlaqələri, xarici siyasəti, milli abidələri, coğrafi adları dəyişir”, – deyə Karni bildirib.
Kanada hökumətinin mövqeyini vurğulayan baş nazir əlavə edib ki, kanadalılar əşyaları öz adları ilə çağırmağın tərəfdarıdırlar və bu gölü Ontario gölü adlandırırlar.
“Belə olub, belədir və həmişə belə olacaq”, – deyə Mark Karni vurğulayıb.
Odlar.media
