Odlar.media xəbər verir ki, Gürcüstanın İmereti bölgəsində yerləşən Bağdati bələdiyyəsində yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.
Leysan yağışları nəticəsində yollar, yaşayış evlərinin həyətləri və əkin sahələri su altında qalıb. Bağdati şəhəri ilə yanaşı, bələdiyyənin kəndlərində də yollar zərər görüb.
Hazırda Bağdati meriyasının aidiyyəti şöbələri, İctimai İşlər Departamentinin, eləcə də təmizlik və kommunal xidmətlərin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Bələdiyyə rəhbərliyi – mer, onun müavinləri, Sakrebulonun sədri və ərazi nümayəndələri yağışdan zərər çəkmiş sakinlərin vəziyyəti ilə yerindəcə tanış olur, onlara lazımi kömək göstərirlər.
Güclü yağışın vurduğu ziyanın dəqiq həcminin müəyyənləşdirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması nəzərdə tutulur.
Bağdati meriyası sakinlərə ehtiyatlı olmağı və zərurət yaranmadığı halda evlərini tərk etməməyi tövsiyə edib.
Odlar.media
