XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Trampdan İranla bağlı açıqlama: “Danışmaq istəmirik”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında münasibətlərin hazırkı vəziyyətinə dair açıqlama verib.
Tramp ABŞ-ın İranla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.
“Biz görüşməyə və ya buna bənzər bir şey etməyə hazırlaşmırıq”, – deyə ABŞ Prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Amerika lideri, həmçinin Hörmüz boğazı ilə bağlı danışaraq boğazın açıq olduğunu və ABŞ-ın həm boğaza, həm də tətbiq edilən blokadaya nəzarət etdiyini qeyd edib.
Trampın açıqlaması Vaşinqton və Tehran arasında diplomatik təmasların dayanması fonunda səslənib. Hazırda tərəflər arasında danışıqların bərpası ilə bağlı ciddi fikir ayrılıqları qalır.
Odlar.media

Etiketlər: