🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 13:36   •   🌡️ Bakı

İlham Əliyev Moldova Prezidenti Maya Sanduya təbrik ünvanlayıb

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubunda Prezident İlham Əliyev Moldova Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Maya Sandunu və onun simasında Moldova xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.
Dövlət başçısı Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev bildirib ki, xalqların iradəsinə uyğun olaraq Azərbaycan ilə Moldova arasında əlaqələrin hərtərəfli inkişaf etdirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Təbrik məktubunun sonunda Prezident Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlətçilik fəaliyyətində uğurlar, dost Moldova xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Odlar.media