Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının ABŞ ərazisində “Amerika gölü” (“Lake America”) olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, qərar sərəncam imzalandığı andan etibarən qüvvəyə minir. ABŞ Prezidenti bununla bağlı bütün zəruri sənədlərin hazırlandığını və aidiyyəti şəxslərin məlumatlandırıldığını qeyd edib.
“Ontario gölünün adını Amerika gölü olaraq dəyişdiririk. Mən bu sərəncamı imzaladığım andan etibarən bu qərar dərhal qüvvəyə minir”, – deyə Tramp bildirib.
Qeyd edək ki, sərəncam ABŞ Daxili İşlər Nazirliyinə federal coğrafi adlar sistemində müvafiq dəyişiklikləri aparmağı tapşırır. Bununla belə, ABŞ prezidentinin qərarı Kanadada və beynəlxalq səviyyədə gölün adının məcburi şəkildə dəyişdirilməsi anlamına gəlmir. Ontario gölü ABŞ-ın Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasında yerləşir.
Ad dəyişikliyi ABŞ və Kanada arasında son günlər kəskinləşən ticarət və diplomatik gərginlik fonunda baş verib.
Odlar.media
