🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 13:36   •   🌡️ Bakı

İran iqtisadiyyatı kritik həddə yaxınlaşır – Tehran ABŞ-la niyə razılaşmır?

Odlar.media xəbər verir ki, İran iqtisadiyyatında vəziyyət kritik həddə yaxınlaşır. Tehran ABŞ-la danışıqlarda yalnız gəmiçilik dəhlizinin gələcəyini deyil, ölkənin iqtisadi və siyasi perspektivini müəyyənləşdirə biləcək şərtləri müzakirə edir.
“VESTİ”yə danışan ekspert Oleq Xanin bildirib ki, İran tərəfi ABŞ-la aparılan danışıqların nəticəsinin ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıdığını anlayır. Buna baxmayaraq, Tehran Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmağa hazır deyil.
Ekspertin sözlərinə görə, İran hazırda yalnız gəmiçilik dəhlizinin fəaliyyətinə görə deyil, ölkənin gələcəyi, kimliyi və iqtisadi baxımdan sağqalma imkanları uğrunda mübarizə aparır.
“İran iqtisadiyyatı tükənib”, – deyə Xanin vurğulayıb.
O qeyd edib ki, vəziyyət hələ tam kritik həddə çatmasa da, İran artıq bu sərhədə yaxınlaşıb. Tehran danışıqlar zamanı mümkün qədər əlverişli şərtlər əldə etməyə və hər bir maliyyə resursu uğrunda mübarizə aparmağa çalışır.
Ekspert hesab edir ki, tərəflər hələ İranın istənilən şərtlə razılaşmağa məcbur olacağı qədər böhranlı mərhələyə çatmayıblar.
Xaninin fikrincə, bunun fonunda yaxın müddətdə Hörmüz boğazının əvvəlki gücü ilə fəaliyyətini bərpa etməsi sual altında qala bilər. Bu vəziyyət isə qlobal bazarlarda bir sıra məhsulların qiymətlərinin artmasına səbəb ola bilər.

Odlar.media