Odlar.media xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz rayonunda müasir və standartlara uyğun yeni dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.
Məlumata görə, rayon mərkəzinin Heydər Əliyev prospektində və Nəriman Nərimanov küçəsində 5, Xaçmaz-Xudat yolunda 1, Xudat şəhərinin Mirzə Fətəli Axundov və Osman Mirzəyev küçələrində isə 3 dayanacaq pavilyonu quraşdırılıb.
Ümumilikdə Xaçmaz rayonu üzrə 40 yeni dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulub.
Yeni pavilyonların quraşdırılması sərnişinlərin ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz istifadə etməsinə, dayanacaqlarda xidmət şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
Odlar.media
