🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 08:04   •   🌡️ Bakı

Bu il Azərbaycanda 3 körpəyə “Laçın” adı qoyulub

Odlar.media xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yeni doğulan 3 uşağa “Laçın” adı verilib.
Unikal-ın məlumatına görə, son beş ildə ümumilikdə 48 uşağa “Laçın” adı qoyulub. Statistikaya əsasən, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa bu ad verilib.
Qeyd edək ki, 26 avqust Laçın Şəhəri Günüdür. Əlamətdar gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il 26 avqust tarixində qeyd olunur.
Laçın Şəhəri Gününün məhz bu tarixdə qeyd edilməsinin səbəbi Azərbaycan Ordusunun 26 avqust 2022-ci ildə Laçın şəhərində yerləşməsi ilə bağlıdır.

Odlar.media