XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:55:22 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tanınmış reqbi hakimi Aleksey Brızqalinin ölüm səbəbi açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, tanınmış rusiyalı reqbi hakimi Aleksey Brızqalinin ölüm səbəbi məlum olub.
47 yaşlı idman hakiminin intihar etdiyi bildirilir. Məlumat TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb. Digər mənbələrdə də onun ölümünün ilkin olaraq intihar kimi qiymətləndirildiyi qeyd olunur.
Aleksey Brızqalin hakimlik fəaliyyətinə 2006-cı ildə başlayıb. O, 2010-cu ildə beynəlxalq səviyyədə debüt edib və müxtəlif nüfuzlu reqbi yarışlarında hakimlik edib.
2021-ci ildə Brızqalin Rusiyanın ən yaxşı reqbi hakimi seçilib.
Rusiya Reqbi Federasiyası onun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib.
Odlar.media

Etiketlər: