Odlar.media xəbər verir ki, Fransanın “Dassault” müdafiə şirkəti “Rafale” qırıcılarının F5 standartı üzrə modernləşdirilməsi layihəsini 2035-ci ilədək başa çatdırmağı planlaşdırır.
Şirkətin baş direktoru Erik Trappye “BFM Business” telekanalına açıqlamasında bildirib ki, hazırda “Rafale” F5 standartının detallı layihələndirilməsi üzərində iş aparılır. Onun sözlərinə görə, yeni standartın təqdimatı 2033–2035-ci illər arasında gözlənilir.
Trappye qeyd edib ki, yeni qırıcı Fransanın silahlı qüvvələrinin ehtiyacları nəzərə alınmaqla hazırlanır və layihədə xarici şirkətlər iştirak etmir.
Şirkət rəhbəri həmçinin 2035-ci ildən sonra yeni “Rafale” versiyasının xarici ölkələrə ixrac üçün təklif edilə biləcəyini istisna etməyib.
Odlar.media
