XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:35:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ və Meksika narkokartellərə qarşı birgə mübarizəni müzakirə edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Meksikanın xarici işlər naziri Roberto Velasko Alvareslə görüşüb.

Görüş zamanı qanunsuz miqrasiyanın qarşısının alınması, sintetik opioid fentanilin tədarükünün dayandırılması, eləcə də xarici terror təşkilatları və narkokartellərə qarşı “qətiyyətli tədbirlərin” görülməsi müzakirə olunub.

Marko Rubio görüşün detalları barədə “X” sosial şəbəkəsində paylaşım edib. ABŞ Dövlət Departamentinin açıqlamasında isə tərəflərin narkokartellərin “silahsızlaşdırılması” istiqamətində səyləri müzakirə etdikləri bildirilib.

Görüş ABŞ-Meksika münasibətlərində təhlükəsizlik, narkotiklərlə mübarizə və miqrasiya məsələlərinin əsas gündəm olaraq qaldığı bir vaxtda keçirilib.

Etiketlər: