Odlar.media xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 27-də bir sıra rayonlarda 6, 10 və 35 kV-luq hava elektrik veriliş xətlərində təmir, yenidənqurma və ağacların budanması işləri aparılacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, bununla əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Yevlax: Saat 09:00-dan 13:00-dək şəhərin Rəşad Budaqov, Ceyhun Mustafayev, Abbasqulu ağa Bakıxanov, Cahangir Kərimov, Aydın Məmmədov, Üzeyir Hacıbəyli və Mustafa Sübhi küçələrində, həmçinin Bəydili, Əcəmi, Gülövşə, Səmədabad və Yenicə kəndlərinin bir hissəsində fasilə yaranacaq.
Mingəçevir: Saat 13:00-dan 16:00-dək Aydın Məmmədov, Şah İsmayıl Xətai, Xan Şuşinski küçələri və Günəşli yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Ağdaş: Saat 10:00-dan 17:00-dək Aşağı Ağcayazı, Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qobuüstü, Qolqəti, Qoşaqovaq, Şəkili, Yenikənd, Yuxarı Ağcayazı və Yuxarı Nemətabad kəndləri, Türyançay qəsəbəsi və şəhərin 47-ci məhəlləsində planlı fasilə olacaq.
Goranboy: Saat 09:30-dan 15:30-dək Aşağı Ballıqaya, Qızılhacılı və Yeniyol kəndlərində, saat 09:00-dan 16:00-dək isə Goran qəsəbəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Bərdə: Saat 10:00-dan 12:00-dək Elçin Əsədov, Cavanşir, Rəsul Rza, Aydın Əhmədov, Gəncə, Şakir İsmayılov, Nüşabə, Məhəmmədhüseyn Şəhriyar və Seyid Cəfər Pişəvəri küçələrinin bəzi hissələrində enerji təchizatı dayandırılacaq.
Cəlilabad: Saat 11:00-dan 13:00-dək Göytəpə şəhəri, eləcə də Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye və Söyüdlü kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması gözlənilir.
