🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 01:21   •   🌡️ Bakı

Avqustun 28-də maqnit qasırğası güclənəcək – G1 səviyyəsi gözlənilir

Odlar.media xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının proqnozlarına əsasən, qarşıdakı üç gün ərzində Yer kürəsində geomaqnit vəziyyətin pisləşməsi gözlənilir. Aktivliyin ən yüksək həddinə avqustun 28-də çatacağı proqnozlaşdırılır.
Məlumata görə, avqustun 26-da Kp indeksi sabit qalsa da, avqustun 27-də maqnit qasırğasının başvermə ehtimalı 51 faizə yüksələcək. Avqustun 28-də isə bu göstəricinin 65 faizə çatacağı bildirilir.
Mütəxəssislərin proqnozuna əsasən, avqustun 28-də orta enliklərdə G1 səviyyəsinə uyğun maqnitosfer dalğalanmaları müşahidə oluna bilər.
Planetar geomaqnit aktivliyi xarakterizə edən Ap indeksinin avqustun 27-də 22, avqustun 28-də isə 34 vahid olacağı gözlənilir. Müqayisə üçün, proqnoz dövrünün əvvəlində bu göstərici cəmi 5 vahid təşkil edib.
Alimlərin növbəti bir ay üçün uzunmüddətli proqnozlarına görə isə Günəşdə ciddi aktivlik gözlənilmir və ümumilikdə nisbətən sakit vəziyyətin davam edəcəyi bildirilir.
Bununla belə, alim Natan Eysmont qeyd edib ki, Günəşdə baş verən partlayışlar Yer üçün birbaşa ölümcül təhlükə yaratmasa da, kosmosda fəaliyyət göstərən peyklərə ciddi zərər vura bilər.