🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 14:33   •   🌡️ Bakı

Simonyan: “Rusiyadan Köçəryanla bağlı heç kim zəng etməyib”

Odlar.media xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyan Rusiyadan sabiq prezident Robert Köçəryanla bağlı hər hansı zəng almadığını bildirib.
Simonyanın sözlərinə görə, hazırda Rusiyadan bu məsələ ilə bağlı heç kim onunla əlaqə saxlamayıb və o, belə bir zəngin gəlməyəcəyinə ümid edir.
“Hazırda Rusiyadan heç kim Robert Köçəryanla bağlı zəng etməyib və ümid edirəm ki, heç kim də zəng etməyəcək, çünki bunun heç bir mənası yoxdur”, – Simonyan deyib.
Ermənistan rəsmisi əlavə edib ki, Köçəryanın və onun siyasi qüvvəsinin səsləndirdiyi fikirlər əsasən Moskvadakı “danışan başlar”ın ritorikası ilə üst-üstə düşür.
Qeyd edək ki, Simonyan daha əvvəl də Köçəryanın siyasi mövqeyini Rusiyanın maraqları ilə əlaqələndirən açıqlamalar verib.