🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 14:34   •   🌡️ Bakı

Sabah Bakıda 31 dərəcə isti olacaq – rayonlarda leysan və dolu ehtimalı

Odlar.media xəbər verir ki, avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 21-24, gündüz isə 28-31 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz təşkil edəcək. Atmosfer təzyiqinin 758 mm civə sütunu olacağı bildirilir.
Azərbaycanın rayonlarında da əksər ərazilərdə hava əsasən yağmursuz keçəcək. Bununla belə, bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Bəzi ərazilərdə şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə arabir duman müşahidə edilə bilər. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18, gündüz 20-25 dərəcə isti proqnozlaşdırılır.