🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 12:47   •   🌡️ Bakı

Mübariz İbrahimov adına Təhsil Kompleksinin bütün məzunları ali məktəbə qəbul olub

Odlar.media xəbər verir ki, 2025–2026-cı tədris ilində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 38 məzununun hamısı ali məktəblərə qəbul olub.
Bu nəticə təhsil müəssisəsinin tarixində 16-cı dəfə 100 faizlik qəbul göstəricisinin qeydə alınması ilə nəticələnib.
Məzunlardan 7-si Bakı Dövlət Universitetinə, 4-ü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 3-ü Qarabağ Universitetinə, 3-ü Azərbaycan Tibb Universitetinə, 3-ü Azərbaycan Texniki Universitetinə, 3-ü Xəzər Universitetinə, 2-si ADA Universitetinə, 2-si Azərbaycan Dillər Universitetinə, 2-si Azərbaycan Dövlət İqtisad Universitetinə, 2-si isə Bakı Ali Neft Məktəbinə qəbul olub.
Digər məzunlardan 1-i Bakı Mühəndislik Universitetinə, 1-i Polis Akademiyasına, 1-i Milli Aviasiya Akademiyasına, 1-i Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 1-i Bakı Slavyan Universitetinə, 1-i isə Naxçıvan Dövlət Universitetinə qəbul olunub.
Qeyd edək ki, cari ildə təhsil müəssisəsi üzrə ali məktəblərə qəbul olunan məzunların orta bal göstəricisi 510 təşkil edib.

Mənbə: Odlar.media