XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:17:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zelenskidən İlon Maska “Azadlıq Ordeni” – səbəb AÇIQLANDI

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib.
Ukrayna mətbuatının yaydığı məlumata görə, Mask bu yüksək dövlət mükafatına Ukrayna və ABŞ xalqları arasında əlaqələrin inkişafına, eləcə də insan həyatının və azadlıqlarının qorunmasına verdiyi töhfələrə görə layiq görülüb.
Zelenskinin sərəncamında İlon Maskın “Ukrayna və ABŞ xalqları arasındakı əlaqələrin inkişafı, insan həyatının və azadlıqlarının qorunmasında mükəmməl şəxsi uğurlarına görə” təltif edildiyi bildirilib.
Qeyd edək ki, bu ilin əvvəlində İlon Mask Rusiyanın “Starlink” peyk-kommunikasiya şəbəkəsindən istifadə imkanlarını məhdudlaşdırıb.

Etiketlər: