XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti stabildir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, yol qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1954-cü il təvəllüdlü sənətçi avqustun 21-də xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, Şükufə Yusupovanı avqustun 21-də piyada keçidində avtomobil vurub. İlkin müayinələr zamanı onun çanaq və qabırğa sümüklərində sınıqlar aşkarlanıb.

Etiketlər: