🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 04:18   •   🌡️ Bakı

İrakli Qaribaşviliyə qarşı yeni ittiham irəli sürülüb

Odlar.media xəbər verir ki, Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı yeni ittiham irəli sürülüb.

Gürcüstan mediasının məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən brifinq zamanı açıqlama verilib.

Baş prokurorun müavini Amiran Quluaşvilinin sözlərinə görə, yeni cinayət işi xüsusilə külli miqdarda rüşvətin əldə edilməsi ilə bağlıdır.

Qeyd edək ki, İrakli Qaribaşvili hazırda başqa cinayət işi üzrə həbs cəzası çəkir. O, 2026-cı ilin yanvarında qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı iş üzrə prosessual razılaşma əsasında 5 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş Baş nazir avqust ayında həbsxanadan yaydığı məktublarda yeni korrupsiya ittihamını qəbul etməsi üçün ona təzyiq göstərildiyini iddia edib.