Odlar.media xəbər verir ki, Bakının Sabunçu rayonunda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
Hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Məlumata görə, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın hamiləliyini sonlandırmaq qərarına gəlib.
İlkin məlumatlara əsasən, prosedurdan sonra qadında güclü qanaxma baş verib və onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı yayılan məlumatlarda mərhumun bunun ikinci hamiləliyi olduğu bildirilir.
TƏBİB-in açıqlamasına görə, 20 avqust 2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
