Odlar.media xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin xarici siyasət məsələləri ilə bağlı xalqa, dövlət qurumlarına və rəsmi şəxslərə müraciət etmək üzrə ömürlük hüququnu ləğv edib.
Məlumata görə, bu məqsədlə Qazaxıstanın 2020–2030-cu illər üçün xarici siyasət konsepsiyasına müvafiq dəyişikliklər edilib.
Dəyişiklik nəticəsində Nursultan Nazarbayevin ölkənin ilk prezidenti kimi xarici siyasət məsələləri ilə bağlı təşəbbüslər irəli sürmək üzrə ömürlük hüququnu nəzərdə tutan müddəa konsepsiyadan çıxarılıb.
Beləliklə, Nazarbayevin xarici siyasət sahəsində xüsusi statusunu qoruyan müvafiq hüquqi müddəa qüvvədən düşüb.
