Odlar.media xəbər verir ki, İsmayıllı rayonunda məişət zəminində zəhərlənmə hadisəsi baş verib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, hadisə rayonun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil olunan toy məclisi zamanı baş verib.
Hadisə ilə bağlı AQTA mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar.
İlkin məlumata əsasən, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Zərərçəkənlərin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator qaydada evə buraxılıblar.
AQTA əməkdaşları hadisə yerindən müvafiq nümunələr götürərək laborator müayinələrə başlayıblar. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyə əsasən zəruri tədbirlər görüləcək.
