🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Avqust ayı üzrə pensiya ödənişləri yekunlaşdırılıb

Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə avqust ayının pensiya ödənişi tam başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, eləcə də Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.
Bu gün isə ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə avqust ayının bütün pensiya ödənişləri yekunlaşdırılıb.