XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:32:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İşçilərə gecikdirilən 456 min manat ödəniş təmin edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-iyul aylarında işəgötürənlərin sosial xarakterli ödənişləri gecikdirdiyi müəyyən edilib.

Araşdırmalar zamanı işçilərə ümumilikdə 456 049 manat vəsaitin ödənilməsinin gecikdirildiyi aşkarlanıb. Görülən tədbirlər nəticəsində həmin məbləğ işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Məlumata görə, gecikdirilən vəsaitin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin müraciətlərin araşdırılması zamanı daha bir qanun pozuntusu da üzə çıxıb. Belə ki, 63 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.

Xidmətin qanunvericiliyə uyğun həyata keçirdiyi tədbirlər nəticəsində həmin işçilərin hər biri əvvəlki iş yerlərinə bərpa olunub.

Etiketlər: