XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:02 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə daha 2 725 ton buğda göndərilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Məlumata görə, 39 vaqondan ibarət, ümumi çəkisi 2 725 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Bununla yanaşı, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Etiketlər: