XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:11 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Meşədən meyvə və göbələk toplamaq qadağandır? – Cərimələr AÇIQLANDI

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, yol kənarında və ya meşə ərazisində ağaclardan meyvə toplamaq hər zaman qanuni hesab edilmir. Bunun mümkün olub-olmaması ilk növbədə ərazinin hüquqi statusundan və kimə məxsus olmasından asılıdır.
Qanunvericiliyə əsasən, meşə fondu ərazilərində müəyyən məhsulların icazəsiz şəkildə yığılması məhdudlaşdırılıb. Belə ərazilərdə icazəsiz ot biçmək, mal-qara otarmaq, həmçinin yabanı meyvə, qoz-fındıq, göbələk və giləmeyvə toplamaq məsuliyyət yarada bilər.
Qadağan olunmuş və ya yalnız meşə bileti əsasında istifadəsinə icazə verilən meşə fondu sahələrində bu qaydaların pozulmasına görə fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 2 000-2 500 manat, hüquqi şəxslər isə 5 000-6 500 manat məbləğində cərimələnə bilər.
Bu səbəbdən meşə ərazisində meyvə, göbələk və digər yabanı məhsulları toplamadan əvvəl həmin ərazidə bunun üçün icazənin tələb olunub-olunmadığını dəqiqləşdirmək vacibdir.

Etiketlər: