🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:23   •   🌡️ Bakı

İsti havada ayaq şişkinliyinin qarşısını almağın sadə yolları

Odlar.media xəbər verir ki, isti havalarda günün sonunda ayaqlarda və topuqlarda şişkinlik, ağırlıq və narahatlıq yarana bilər. Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəblərindən biri yüksək temperaturun qan dövranına təsir göstərməsidir.
Dietoloq Keyt Bukerin sözlərinə görə, ayaqlarda yaranan şişkinliyi azaltmağın ən sadə yollarından biri gün ərzində mütəmadi hərəkət etməkdir. Gündəlik gəzinti qan dövranını yaxşılaşdırır və ayaqlarda maye toplanmasının qarşısını almağa kömək edir.
Mütəxəssislər isti havalarda uzun müddət oturmamağı və ya ayaqüstə qalmamağı, hər saat bir neçə dəqiqə gəzməyi, həmçinin topuq və ayaq barmaqlarını hərəkət etdirməyi tövsiyə edirlər.
Ayaqqabı seçiminə də diqqət yetirmək vacibdir. Ayağı və barmaqları sıxan ayaqqabılar qan dövranını çətinləşdirərək şişkinliyi artıra bilər. Bu səbəbdən yay aylarında rahat, ayağı sıxmayan ayaqqabılara üstünlük vermək məsləhətdir.
Şişkinlik güclüdürsə, yalnız bir ayaqda yaranırsa və ya ağrı kimi digər əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.