Odlar.media xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib.
Sənətçi ailəsində keçirilən tədbirdən söz açaraq görüntülərin qonaqlardan biri tərəfindən lentə alınıb sosial şəbəkədə paylaşıldığını bildirib. Dadaşova videoda görünüşü ilə bağlı dostlarından çoxsaylı zənglər aldığını qeyd edib.
“Bu yaxınlarda ailəmizdə gözəl bir günü təntənəli şəkildə qeyd etmişik. Hamımız çox gözəl rəqs etmişdik. Dostlarımın çoxu zəng edib soruşur ki, ‘Brilliant, sənə nə olub? Orada yaxşı görünmürdün’. Mən də gördüm ki, yaxşı görünmürdüm. Dənizdən gəlmişdim, qaralmışdım. Sağ olsun, qonaq xanımlardan biri çəkib paylaşmışdı”, – deyə Xalq artisti bildirib.
Brilliant Dadaşova paylaşımın müzakirə olunmasına münasibət bildirərək əlavə edib:
“Bizə baxıb sevinənlərə Allah can sağlığı versin, gözü götürməyənlərin də Allah köməyi olsun”.
