🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Çində keçirilən Robot Konfransında 2 mindən çox robot texnologiyası təqdim olunub

Odlar.media xəbər verir ki, Çinin paytaxtı Pekində keçirilən Dünya Robot Konfransında 2 mindən çox robot texnologiyası nümayiş etdirilib.
Reuters-in məlumatına görə, tədbirdə 300-dən çox şirkət iştirak edir və 150-dən artıq yeni məhsul təqdim olunub.
Konfransda əsas diqqət humanoid robotların yalnız rəqs, idman və əyləncə məqsədilə deyil, real iş proseslərində istifadəsinə yönəldilib. Robotlar bağlamaların çeşidlənməsi, mobil telefonların qablaşdırılması, istehsalat və müxtəlif məişət işlərini yerinə yetirib.
Nümayişlər robot texnologiyalarının logistika, sənaye və məişət sahələrində daha geniş tətbiqinə doğru inkişaf etdiyini göstərir. Bununla yanaşı, ekspertlər robotların kütləvi istifadəyə keçməsi üçün onların məhsuldarlığı, insan müdaxiləsinə ehtiyac səviyyəsi və iqtisadi səmərəliliyinin əsas meyarlar olacağını bildirirlər.