🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:24   •   🌡️ Bakı

34 il sonra İsveçrədə itkin alpinistlərin meyitləri tapıldı

Odlar.media xəbər verir ki, 1992-ci ildə İsveçrə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin meyitləri buzlağın əriməsi nəticəsində 34 il sonra aşkarlanıb.
Məlumata görə, iyulun 26-da bir turist İsveçrənin Valais kantonunda yerləşən Trift buzlağında iki insan meyiti aşkar edib. Meyitlər identifikasiya üçün Sion şəhərindəki məhkəmə-tibbi ekspertiza institutuna aparılıb. Aparılan DNT analizi onların 1992-ci ildə itkin düşən iki belçikalı alpinist olduğunu təsdiqləyib.
39 və 41 yaşlı alpinistlər 1992-ci il sentyabrın 4-də Vayssmis dağının 4017 metr yüksəklikdəki zirvəsinə qalxmaq məqsədilə yola çıxıblar. Lakin marşrut zamanı əlverişsiz hava şəraiti ilə üzləşərək yoxa çıxıblar.
Onların axtarışı zamanı yalnız bel çantası və bəzi avadanlıqlar aşkarlanıb. Alpinistlərin taleyi isə uzun illər məlum olmayıb.
Mütəxəssislərin bildirdiyinə görə, buzlaqların sürətlə əriməsi son illərdə dağlarda onilliklər əvvəl itkin düşən şəxslərin qalıqlarının üzə çıxmasına səbəb olur.