🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:09   •   🌡️ Bakı

Bu gün 5 rayonda və Bakının bir hissəsində elektrik kəsiləcək

Odlar.media xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra ərazilərdə planlı təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, təmir işləri ilə əlaqədar Yevlax, Tərtər, Ağdaş, Göyçay rayonlarında və Bakının Yasamal rayonunda bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Yevlax: Saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy Quliyev, Mirzə Ələkbər Sabir və Səməd Vurğun küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Tərtər: Saat 10:00-dan 14:00-dək Qazyan-Qapanlı və Qaynaq kəndlərinin bəzi ərazilərində fasilə yaranacaq.
Ağdaş: Saat 10:00-dan 14:00-dək Bulaqotağı, Ərəb, Hüşün, Kükəl, Qarağan Sədi, Qarağan Şıxlar və Yuxarı Qəsil kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Göyçay: Saat 10:00-dan 15:00-dək Qaraxıdır, Qaraman, Lək, Mırtı, Şəkər, Veysəlli və Yalman kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Bakı – Yasamal: Saat 10:00-dan 13:00-dək transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar Əsəd Əhmədov, Zahid Xəlilov, Mətbuat, Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev və Akim Abbasov küçələrinin bir hissəsində elektrik olmayacaq.
“Azərişıq” bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.