🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Pezeşkian: ABŞ-la danışıqlar təslim olmaq demək deyil

Odlar.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqlara münasibət bildirərək diplomatik prosesə açıq olduqlarını açıqlayıb.
Pezeşkian danışıqların İranın öz mövqelərindən geri çəkilməsi və ya təslim olması anlamına gəlmədiyini vurğulayıb.
İran Prezidenti ölkəsinin ərazi bütövlüyünü qorumağın əsas prioritetlərdən biri olduğunu və müharibənin Tehran üçün məqsəd olmadığını bildirib.
“Danışıqlar prosesində gücümüzün zirvəsində, müdrikliyi, şərəfi və maraqları nəzərə alaraq addım-addım irəliləyəcəyik”, – deyə Pezeşkian qeyd edib.
Onun sözlərinə görə, İranın əsas məqsədi müharibəyə son qoymaq, blokadanı aradan qaldırmaq və bloklanmış resursları azad etmək, bundan sonra isə nüvə məsələsi ilə bağlı danışıqlar aparmaq olub.
Pezeşkian bu kontekstdə Çinin nümunəsini də göstərib. O bildirib ki, ölkələr iqtisadi rəqabət şəraitində milli maraqlarını qorumaqla öz mövqelərini gücləndirə bilərlər.
İran liderinin açıqlamaları Tehran və Vaşinqton arasında davam edən gərginlik fonunda diplomatik təmas ehtimalının yenidən gündəmə gəlməsi kimi qiymətləndirilir.