🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Tramp: İranla diplomatik dialoq yenidən gündəmə gələ bilər

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla diplomatik dialoqun gələcəkdə yenidən mümkün ola biləcəyini açıqlayıb.
Tramp Tehranla danışıqların “nə vaxtsa” baş tuta biləcəyini bildirib. ABŞ lideri eyni zamanda İranın nüvə silahına sahib olmasının Vaşinqton üçün qəbuledilməz olduğunu bir daha vurğulayıb.
Trampın açıqlamalarında Hörmüz boğazı da xüsusi yer tutub. O, ABŞ-ın strateji əhəmiyyət daşıyan bu su yoluna nəzarət etdiyini bildirib. Bununla yanaşı, boğazın statusu ilə bağlı Vaşinqton və Tehran arasında ziddiyyətli açıqlamalar davam edir.
ABŞ və İran arasında diplomatik təmasların perspektivi hazırda hərbi qarşıdurma və Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda müzakirə olunur. Son günlər danışıqların dayandırıldığı bildirilsə də, Trampın yeni açıqlaması gələcəkdə diplomatik kanalın yenidən açılması ehtimalını gündəmə gətirib.