Odlar.media xəbər verir ki, avqustun 20-21-də Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qeyd olunan tarixlərdə Bakı və Abşeron yarımadası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göygöl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda güclü külək əsəcək.
Proqnoza əsasən, şimal-qərb küləyinin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Xidmət əhaliyə küləkli hava şəraitində ehtiyatlı olmağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.
