Odlar.media xəbər verir ki, husilər Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri dəniz blokadası çərçivəsində 8 gəmiyə hücum edib, 48 gəminin isə giriş-çıxışına mane olublar.
Husilərin sözçüsünün açıqlamasına görə, qeyd olunan rəqəmlər iyulun 20-də blokadanın tətbiqindən sonrakı dövrü əhatə edir.
Bildirilib ki, blokada çərçivəsində Ərəb dənizində 34, Qırmızı dənizdə isə 14 gəminin hərəkəti məhdudlaşdırılıb.
Həmçinin Səudiyyə Ərəbistanına və ona bağlı qüvvələrə qarşı 14 hücum əməliyyatının həyata keçirildiyi açıqlanıb.
Husilərin iyulun 20-də Səudiyyə limanlarına yönəlmiş blokada elan etdiyi barədə beynəlxalq məlumatlar da yayılıb.
