Odlar.media xəbər verir ki, “OSS 117” və “Brice de Nice” filmlərinin prodüseri Nikolas Altmayer və “Dior” moda evinin tanınmış simalarından Matilda Favier Fransada baş verən yol qəzasında həyatlarını itiriblər.
Cütlük avqustun 17-də Airvault şəhəri yaxınlığındakı avtomobil yolunda qəza keçirib. 61 yaşlı Nikolas Altmayer və 57 yaşlı Matilda Favier hadisə yerində ölüblər.
Niort prokurorluğunun məlumatına görə, qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb. Faktla bağlı sürücünün ehtiyatsızlıqdan ölümə səbəb olması maddəsi üzrə istintaq aparılır.
İlkin məlumata əsasən, cütlüyün olduğu avtomobil başqa nəqliyyat vasitəsini ötməyə çalışarkən qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub.
Qeyd edək ki, Matilda Favier “Dior” moda evində ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışıb. Nikolas Altm
