Odlar.media xəbər verir ki, yeni fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən ilk günlərdə 300-ə yaxın vətəndaş yararlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, vətəndaşlar əsasən pensiya, müavinət, sosial xidmətlər, aktiv məşğulluq proqramları və əlillik məsələləri ilə bağlı müraciətlər ediblər.
DOST konsepsiyasına uyğun olaraq müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, şəffaf və çevik şəkildə göstərilməsi təmin olunub.
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, eləcə də reabilitasiya xidmətləri və vasitələri ilə təminat üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də göstərilir.
Mərkəzdə 164 sosial xidmət vahid məkanda təqdim olunur. Burada 117 işçi və 50 könüllü fəaliyyət göstərir. Gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur.
Xidmətlərdən yararlanmaq üçün qeydiyyat məhdudiyyəti tətbiq edilmir.
Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələrinin yaradılması planlaşdı
