Odlar.media xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirləri avqustun sonunda İstanbulda görüş keçirəcəklər.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla pakistanlı həmkarı İshaq Dar arasında telefon danışığı zamanı bildirilib.
Türkiyə mediasının yaydığı xəbərə əsasən, İshaq Dar görüşdə iştirak etmək üçün Hakan Fidanın dəvətini qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında əldə olunmuş Məkkə Sazişinə Misirin də qoşulması ehtimalının yüksək olduğunu bildirib.
Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı xarici hücum digər üzv ölkələrə qarşı hücum kimi qiymətləndiriləcək.
