🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Ukraynada Prezident Ofisinin yüksək vəzifəli şəxslərinin də adı çəkilən əməliyyat keçirilir

Odlar.media xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ali Radanın keçmiş deputatları və Prezident Ofisinin yüksək vəzifəli əməkdaşlarının daxil olduğu iddia edilən cinayətkar təşkilatın ifşası ilə bağlı xüsusi əməliyyat keçirir.

Ukrayna mediasına istinadən yayılan məlumata görə, bu barədə NABU məlumat yayıb.

Bildirilib ki, sözügedən təşkilat Ukraynanın fəaliyyətdə olan və keçmiş xalq deputatlarının rəhbərliyi altında fəaliyyət göstərib. Təşkilatın fəaliyyətinə Prezident Ofisinin yüksək vəzifəli əməkdaşları və digər şəxslərin də cəlb olunduğu qeyd edilib.

NABU xüsusi əməliyyatın təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.

Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarış aparıldığını iddia edib.