🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 06:10   •   🌡️ Bakı

Rusiyanın Ukraynaya gecə hücumlarında 12 nəfər ölüb, 15 nəfər yaralanıb

Odlar.media xəbər verir ki, Rusiya ordusunun ötən gecə Ukraynaya endirdiyi zərbələr nəticəsində 12 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, hücumlar Xarkov, Zaporojye, Dnepr və Çerniqov regionlarına yönəlib. Nəticədə mülki infrastruktura ciddi ziyan dəydiyi bildirilir.
Ukrayna XİN bəyanatında Rusiyanın Ukrayna şəhərlərinə zərbələr endirməklə və mülki əhalini hədəfə almaqla öz niyyətini nümayiş etdirdiyi vurğulanıb.
Nazirlik beynəlxalq ictimaiyyəti yalnız hücumları pisləməklə kifayətlənməməyə və Rusiyanın hərbi əməliyyatlarını dayandırması üçün mümkün vasitələrdən istifadə etməyə çağırıb.
Qeyd edək ki, avqustun 18-də Xarkov vilayətinin Peçeneqi kəndinə endirilən ayrıca Rusiya raket zərbəsi nəticəsində ən azı 10 nəfərin öldüyü, 17 nəfərin yaralandığı da bildirilib.