XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanlı boksçu U-19 Avropa çempionatında yarımfinala yüksəldi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan millisinin üzvü Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.
48 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/4 final mərhələsində Polşa təmsilçisi Katarjina Qornisieviçlə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada Banuçiçək Nəsirli rəqibini 3:2 hesabı ilə məğlub edib. Hakimlərin fərdi hesabları 30:27, 28:29, 28:29, 30:27, 29:28 olub.
Bu qələbə ilə Nəsirli yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin edib.
Azərbaycanlı boksçu avqustun 20-də finala yüksəlmək uğrunda İrlandiya təmsilçisi Ellen Coysla qarşılaşacaq.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 4 üzvü turnirin 1/4 final mərhələsində mübarizəyə qoşulacaq.

Etiketlər: