Odlar.media xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, namizədlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək ərizələrini təsdiqləməlidirlər.
18 avqust saat 09:45-ə olan məlumata əsasən, 70 428 abituriyent və subbakalavr ərizəsini təsdiqləyib. Müsabiqəyə yalnız elektron ərizəsini təsdiq edən şəxslər buraxılacaq.
DİM bildirir ki, ixtisas seçimi ilə bağlı çətinlik yaşayan vətəndaşlar ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə, eləcə də müəyyən edilmiş tarixlərdə 50-dən çox bölgənin rayon təhsil sektorlarında fəaliyyət göstərir.
Namizədlərə ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqlənməsi qaydaları, müsabiqə şərtləri və seçim zamanı diqqət yetirilməli məqamlarla bağlı mərkəzlərdən ödənişsiz məsləhət almaq imkanı yaradılıb.
