XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:18:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Üç rayonda yanğın törədən şəxslər müəyyən edildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Qəbələ, Ağcabədi və Ağsu rayonlarında yanğın hadisələrinə səbəb olan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, Qəbələ rayonunun Hacallı kəndində, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndində və Ağsu şəhəri ərazisində baş verən yanğınlarla bağlı araşdırma aparılıb.
Araşdırmalar nəticəsində yanğınların E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi müəyyənləşdirilib.
Hadisələr nəticəsində biçilmiş əkin sahələri və kol-kos yanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Etiketlər: