XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:25:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yevlaxda faciə: Balıq tutmağa gedən kişi kanalda həyatını itirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Yevlax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə ötən gecə saat 01:00 radələrində qeydə alınıb. Rayonun Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Qaçay oğlu Süleymanov balıq tutmaq məqsədilə su kanalına gedib.
O, Xanabad kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalında qayıqla hərəkətdə olarkən qayığın güclü su axınının olduğu bənd istiqamətində getdiyini görüb. Bu zaman Tofiq Süleymanov özünü qayığın içindən suya atıb.
Nəticədə o, həyatını itirib. Mərhumun meyiti kanalın Ağdaş rayonunun Şəkili kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Etiketlər: