Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 762 ədəd noutbuk və 720 ədəd stolüstü kompüter istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə noutbuk istehsalı 46,7 faiz, stolüstü kompüter istehsalı isə 66,4 faiz azalıb.
Cari ilin iyul ayında isə ölkədə 70 ədəd noutbuk və 433 ədəd stolüstü kompüter istehsal edilib. Ötən ilin iyul ayında noutbuk istehsalı qeydə alınmayıb. Stolüstü kompüter istehsalı isə 2025-ci ilin eyni ayı ilə müqayisədə 24 faiz artıb.
Qeyd edək ki, 2025-ci il ərzində Azərbaycanda 27 645 ədəd noutbuk və 2 920 ədəd stolüstü kompüter istehsal olunub.
2024-cü illə müqayisədə ötən il noutbuk istehsalı 3,5 faiz artıb, stolüstü kompüter istehsalı isə 52 faiz azalıb.
