XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:11:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Moskvaya doğru uçan 10 PUA vurulub — gün ərzində 103 dron məhv edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Moskva istiqamətində uçan 10 pilotsuz uçuş aparatı (PUA) Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub.
Rusiya mediasının yaydığı məlumata görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə əsasən, PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətlərinin əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, günün əvvəlindən Moskva istiqamətində uçarkən vurulan PUA-ların ümumi sayı 103-ə çatıb.
Bununla yanaşı, Moskva vilayətindəki PUA hücumu zamanı çoxmənzilli binada və “Wildberries” şirkətinin anbarında yanğın baş verib. Hadisə nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır. Hücumla bağlı qarşı tərəfin mövqeyi təqdim olunmayıb.

Etiketlər: